Liviya ordusu paytaxt Tripolinin cənubundakı Ayn Zara və Vadi əl-Rebi bölgələrini qiyamçı general Haftyar işğalından azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya ordusunun sözçüsü Məhəmməd Qanuni bildirib.
Polkovnik deyib ki, Ayn Zara və Vadi əl-Rebi bölgələrindən Haftara bağlı güclər çıxarılıb və legitim hökumətin nəzarəti bərpa olunub.\
Qeyd edək ki, qiyamçı general Haftarın silahlı dəstələri son aylar Liviya ordusu qarşısında geri çəkilir və ciddi itkilər verir.
Ötən gün Liviya ordusu paytaxt yaxınlığındakı Tripoli hava limanını geri aldığını elan edib.