ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Fox" teleşirkəti yerli polisin şerifinə istinadən bildirib.
Məlumata görə, hadisə Corciya ştatının şimalında baş verib. Qəza zamanı azı 5 nəfər həlak olub.
Qeyd edilir ki, hadisə zamanı təyyarədə pilot və bir ailənin 4 üzvü olub. Təyyarə Florida ştatından İndiana ştatına uçurmuş.
ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi bildirib ki, təyyarə fırtınaya düşüb. Lakin qəzaya məhz bunun səbəb olduğunu demək mümkün deyil.
Hadisənin digər təfərrüatları açıqlanmır.