Liviyada Tərxunə kimi strateji şəhərdə nəzarəti itirəndən sonra ən yaxın silahdaşı, general-mayor İdris Madi qiyamçı general Xəlifə Haftara gözlənilməz zərbə vurub.
Teleqraf.com xəbər verir ki, Qərbi Liviyada muzdlularının koordinasiyasından cavabdeh olan Madi silahdaşlarını Milli Razılıq Hökuməti ətrafında birləşməyə çağırıb.
"Haftara dəstək verməkdən imtina edirəm və tutduğum postdan uzaqlaşıram. Bütün silahdaşlarımı və qardaşlarımı Milli Razılıq Hökuməti altında birləşməyə dəvət edirəm", - deyə Madi açıqlayıb.