12 İyun 2020 14:45
2 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Nikol Paşinyan hakimiyyəti “döyüş hazırlığı” vəziyyətinə gətirdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.

Nəşr Ermənistan baş nazirinin komandası daxilində “xəyanətkar qruplaşma”nın qurulmasından şübhələndiyini, cəmiyyətdə öz əleyhinə başlayan fəallaşmadan narahat olduğunu bildirib:

“Hökumətdəki mənbəmizə, güc strukturları rəhbərlərinin dəyişikliyindən sonra baş nazir bu şöbələrin rəhbərlərinə, cəmiyyətdə bəzi hərəkətlənməni göstərərək “ayılmaq”, habelə, cəmiyyətin xoşuna gələ biləcək bir sıra addımların atılması barədə tapşırığını verib. Üstəlik, öz oyununu oynamağa çalışanlardan “yaxa qurtarmaq” barədə xəbərdarlıq edilib. Paşinyan güc strukturlarının yeni rəhbərlərinə keçmiş siyasi elitanın nüfuzli liderlərinin aqibətini də nümunə göstərib.

Paşinyanın planı budur: rəqib siyasi qüvvələrin keçmiş və indiki cinayətlərini cəmiyyətə göstərmək, cinayət işlərini diqqətdə saxlamaq, ən başlıcası hər şeyi şəxsən onunla razılaşdırmaq lazımdır, onun xəbəri olmadan heç bir şey edilməməlidir və onun göstərişlərinə əməl etməkdən yayınanları işdən azad etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər