5 Oktyabr 2014 16:06
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Braziliyada prezident seçkiləri keçirilir. Seçki zamanı həmçinin federal parlamentin üzvləri və qubarnatorlar seçiləcək.

Teleqraf.com-un xəbərinə görə, hazırkı prezident Dilma Russeff ikinci dəfə bu posta seçilməyə iddialıdır. Onun rəqibləri sabiq ətraf mühit naziri Marina Silva və sosial-demokrat partiyasının lideri Esio Nevesdir.

Bir neçə ay əvvəl Dilma Russeffun qələbə çalacağı şübhə doğurmurdu. Lakin son sorğular göstərir ki, seçkinin ikinci turu keçirilə bilər. Seçkidə 140 milyon seçici elektron qurğu vasitəsilə səs verəcək və nəticələr seçkidən bir neçə saat sonra bəlli olacaq.

Nihad


Müəllif:

Oxşar xəbərlər