Biz Türkiyə hərbi hava qüvvələrinə məxsus təyyrələrin İraq hava məkanına girməsini qınayırıq.
Teleqraf.com xəbər verir ki, belə açıqlma ilə İraq ordusu çıxış edib.
Açıqlamada qeyd edilir ki, Türkiyə hərbi təyyarələrinin İraq hava məkanına daxil olması qıcıqyaradıcı əməldir və İraqın dövlət süverenliyinin pozulması mənasını daşıyır.
Xatırladaq ki, dünən gecə saatlarından türk ordusu Şimali İraqda PKK-ya qarşı “Pençe Qartal” əməliyyatına başlayıb.
Türkiyə müdafiə naziri Hulusi Akar şəxsən əməliyyatın qərargah mərkəzinə gəlib və elan edib ki, əməliyyatda qırıcı təyyarələrlə yanaşı, dronlar və tanker təyyarələri də iştirak edir.