Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Operativ Qərargahın növbəti iclasında toyların təşkili qaydalarını pozanları tənqid edib və onların avtomobillərini müsadirə etməklə bağlı əmr verib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə “Kavkazskiy uzel” məlumat yayıb.
Bildirilir ki, Çeçenistanda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir. Buna görə toy kortejində gəlinin əyləşdiyi avtomobil də daxil olmaqla ən çox üç avtomobil ola bilər.
“İnsanlar var ki, istədiklərini edirlər. Mən dedim onların maşınlarını götürün. Götürün, satın o maşınları… Əldə edilən pulu isə tibb işçilərinə, tibb sahəsinə göndərin”, – deyə nəşr R.Kadırovun sözlərindən sitat gətirir.
Çeçenistan rəhbəri qeyd edib ki, söhbət toy kortejində avtomobil sayına qoyulan məhdudiyyətin pozulmasından gedir: “Bir maşın – gəlin gətirmək üçündür, ikinci maşınla ilə yalnız molla gedəcək. Bəzi qəribə məxluqlar gəlin gətirməyə göndərildikdə küçələrdə gizlənirlər və sonra gizləndikləri yerdən çıxaraq toy kortejinin arxasına düzülürlər. Qoy bu avtomobillərdə olanların hamısı könüllü olsunlar və xəstəxanalara xidmət etsinlər”.
May ayında Kadırov özünütəcrid qaydalarına əməl etməyənlərlə bağlı cəzaların sərtləşdirilməsini təklif etmişdi: “Əgər qaydaları pozurlarsa tədbirləri sərtləşdirmək lazımdır. Səbəbsiz yerə o baş bu başa şütüyənlərin maşınları ələ keçirmək lazımdır. Qoy onlar küçələri süpürsünlər, xəstəxanaları təmizləsinlər, işləsinlər”.