16 İyun 2020 20:28
2 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya Belarusun koronavirus infeksiyası ilə mübarizədə təcrübəsinə böyük maraq göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Əvvəlcə, Dünya Bankı ilə 90 milyon dollarlıq kredit üzrə razılaşdıq. Sonra onlar ölkəmizdəki iqtisadi, sosial durumu nəzərə alaraq 300 milyon dollar kredit təklif etdilər”. - Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan etməyib. Ölkədə karantin tətbiq olunmadı və sərhədlər açıq qaldı. Eyni zamanda, rəsmi məlumatlara görə, COVID-19-dan ölüm nisbəti Avropa üçün rekord səviyyədə aşağıdır.

Hazırda Belarusda koronavirus infeksiyası hallarının sayında tədricən azalma müşahidə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər