İsrail Silahlı Qüvvələrinin nəzarətində olan Qolan Təpələrinə (Suriya) ABŞ Prezidenti Donald Trampın adı veriləcək.
Teleqraf.com xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahu ABŞ hökumətinin Qolan Təpələrini yəhudi dövlətinin əraziləri kimi tanımasından sonra bu qərarı verdiklərini bildirib.
Netanyahu sözügedən ərazilərin ətrafında yaşayış massivinin salınacağını da açıqlayıb.
Bu yaşayış yerinə “Ramat Tramp”, yəni “Tramp Təpələri” adı veriləcək.
Netanyahu artıq bu istiqamətdə addımların atıldığını bildirib. Açıqlama Donald Trampın doğum gününə təsadüf etməsi diqqətdən yayınmayıb.