18 İyun 2020 13:39
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova hüquq-mühafizə orqanlarına Rusiya səfirliyinin binasına bomba yerləşdirilməsi barədə məlumat daxil olub, araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Kişinyov polisinin nümayəndəsi Nataliya Stati məlumat verib.

“Hüquq-mühafizə orqanlarına Rusiya səfirliyinin binasının partladılacağı ilə bağlı mesaj daxil olub. Axtarışlar aparılır”, - Stati bildirib.

Onun dediyinə görə, bu xəbəri ötürən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Əlavə edək ki, iyun ayında Moldova polisinə Rusiya səfirliyinə bomba yerləşdirilməsi haqda iki dəfə məlumat daxil olub, heç biri öz təsdiqini tapmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər