19 İyun 2020 01:36
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sui-qəsd nəticəsində öldürülən ABŞ Prezidenti Con Kennedinin bacısı Cin Kennedi 92 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, xanım Kennedi uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Cin Kennedi ABŞ səfiri kimi Şimali İrlandiyada sülhyaratma prosesində önəmli rol oynamışdı.

O, Jozef Patrik Kennedinin həyat olan son övladı idi. 2011-ci ildə ABŞ-ın dönəm prezidenti Barak Obama tərəfindən “Azadlıq” medalı ilə təltif olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər