Dünən ABŞ paytaxtı Vaşinqtonda irqçiliyə qarşı etirz aksiyası zamanı quldarlıq tərəfdarlarından olan və Amerika Konfedrativ Dövlətlərinin generalı olmuş Albert Paykın heykəli atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra irqçilik müzakirələri hələ də davam edir.
Ötən gün Vaşinqtonda 19 iyun 1865-ci il quldarlığın ləğvinin ildönümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyaçılar Amerika Konfedrativ Dövləti dövrünə aid olan yeganə heykəli- general Albert Paykın heykəlini əvvəlcə aşırıblar, sonra güllələyiblər.
Heykəlin olduğu meydan qarşısında dayanmış polis prosesə müdaxilə etməyib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bələdiyyə sədrinəetirazçıların həbs edilməsinə dair çağırış edib: “Vaşinqton polisi bir heykəlin yıxılıb-yıxılmamasını izləmək üçün deyil. Günahkarlar həbs olunmalıdır. Bu ölkəmiz üçün utancvericidir”.