Səudiyyə Ərəbistanının ən böyük tikinti şirkətlərindən olan “Binladin Group” iqtisadi böhran səbəbindən aprel-may aylarında işçilərinin maaşlarını verə bilməyib.
Teleqraf.com xəbər verir ki, iyun ayında şirkətin 100 min işçiyə maaş verib-verməyəcəyi məlum deyil.
Koronavirusun yayılması işləri tamamilə dayandırılıb. Şirkət 15 milyard dollarlıq borcunu strukturlaşdırmağa çalışsa da, bu günə qədər müsbət nəticə əldə edə bilməyib.
Şirkət illərdir Səudiyyə Ərəbistanında hava limanları ilə yanaşı, Məkkə və Mədinədəki müqəddəs yerlərin meqalayihələrini həyata keçirib. Epidemiyadan sonra davam edən layihələrin əksəriyyəti dayandırılıb. “Binladin Group” sözügedən məsələ ilə bağlı sualları cavabsız qoymağı üstün tutub.
Borc konfiqurasiyası üçün “Houlihan Lokey” şirkəti ilə işləyən “Binladin Group” may ayında xərcləri 50 faiz azaldıb. Bəzi işçilərə ödənilməyən məzuniyyətlər verilib. Bundan əlavə, 50 min işçiyə Ramazan ayında maaşlarının üçdə biri ödənilib. Maaşlarını ala bilməyən və buna görə şirkətə qəzəblənən işçilər, “Tvitter”də anonim adlarla “#BinladinMaşlarGecikme” etiketi ilə reaksiya göstəriblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı düşməsi ilə iqtisadi böhran yaşayır. Rəhbərlik ƏDV-ni üç qat artırarkən, dövlət işçiləri üçün əlavə müavinətlər kəsilib.
Hökumət 11 sentyabr hadisələrinə görə, məsuliyyət daşıyan terrorçu Üsamə Bin Ladenin ögey qardaşı Bark Bin Ladenin korrupsiyada iştirak etməsi əsas tutaraq 2017-ci ilin noyabr ayında şirkətin 37 faizi hissəsini alıb.