Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 725 nəfər yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi statistikasında deyilir.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 188 631 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində 1 185 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 53 830 nəfər təşkil edir.
Qeyd edilir ki, koronavirusa yoluxanlardan 649 908 nəfər artıq sağalıb.