Qırğızıstan Prezident Aparatının səkkiz əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlandıqdan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları test veriblər.
Virusa yoluxan səkkiz əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada çalışacaqlar.