Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 082 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 372 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 195 883 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 984 nəfər olmaqla 169 182 nəfər təşkil edir.