Beş Afrika ölkəsi noyabr ayında “Boko Haram” terror təşkilatına qarşı müharibəyə başlayacaq.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bu barədə Niger, Nigeriya, Çad, Benin və Kamerun prezidentlərinin Nigeriyanın paytaxtı Niamedə keçirilən görüşündə qərar verilib. Məlumatlara görə, onlar təşkilatla mübarizə üçün noyabrın 20-də vahid komanda mərkəzi təsis etməklə bağlı razılığa gəliblər.
Bu görüş ekspertlər tərəfindən Paris sammitinin davamı olaraq qiymətləndirilib.
Xatırladaq ki, “Boko Haram” təşkilatı bugünədək Afrikada 200 məktəbli qızın qaçırılmasında, regionun təhlükəsizliyinə problem yaratmaqda günahlandırılır.
Samir