Liviyanın şərqində qurulan parlamentin spikeri Aqil Saleh Moskvaya səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda Salehi ölkənin şərqindəki hökumətin xarici işlər nazirinin müşayiət etdiyi bildirilib.
Rusiya Federasiya Şurasının mətbuat xidməti bundan əvvəl parlamentin spikeri Valentina Matvienkonun cümə günü Salehlə görüşəcəyini açıqlamışdı.
Məlumata görə, Aqil Saleh Moskvada Misirin irəli sürdüyü təşəbbüsü, Liviya böhranının nizamlanması üzrə Berlində aparılan danışıqların nəticələrini, həmçinin atəşkəsi yenidən davam etdirmək niyyətini müzakirə edəcək.