Fransa Baş naziri Eduard Filipp istefa edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, baş nazirin istefasının səbəbləri bilinmir.
Qeyd edək ki, Fransada onlarla ailə hökuməti COVID-19-la effektsiz mübarizəyə görə məhkəməyə vermişdi.
Son zamanlar isə Fransa-Türkiyə münasibətlərində gərginlik yaşanır və faktiki Liviya qarşıdurmasında Ankara qalib kimi görünür.
Bununla belə baş nazirin istefasının səbəbləri hələlik açıqlanmayıb.