Müasir səhiyyə sistemlərinə malik Avropa ölkələrində belə tibb işçiləri arasında Ebola virusuna yoluxma hallarının sayı arta bilər.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son xəbərdarlığında deyilir.
Təşkilatın nümayəndəsi Peter Piot İspaniyada tibb bacısının virusa yoluxmasına təəccüblənmədiyini deyib. Mətbuatda adı Teresa Romero kimi keçən tibb bacısı Afrika ölkələrindən kənarda virusa yoluxmuş ilk şəxs hesab olunur. O, virusa Qərbi Afrikadan gələn iki ispaniyalı missionerin müalicəsindən sonra yoluxub.
Teresa Romero, onun həyat yoldaşı və daha üç nəfər karantində saxlanılır.
Ebola virusunun yayılmasının qarşısını almaq üçün 50 adamın müşahidə altına alındığı bildirilir.
Beynəlxalq Valyuta Fondu bildirib ki, epidemiyanın uzun müddət davam etməsi və bölgə boyu yayılması təqdirində Qərbi Afrika ölkələrinin iqtisadiyyatına ciddi zərər dəyəcək.
Xatırladaq ki, 2014-cü ildə Ebola epidemiyası nəticəsində təqribən 3400 adam ölüb. Virusun ən çox yayıldığı ölkələr Qvineya, Syerra Leone və Liberiyadır.
Samir