5 İyul 2020 22:09
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalıların Krımı işğal edənləri heç vaxt bağışlamayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Hərbi Dəniz Qüvvələri Gününü ilə bağlı çıxışında danışıb.

“Biz Ukrayna dənizçilərinə bunun (işğalın) qarşısını almağa imkan verməyənləri heç vaxt bağışlamayacağıq”, - Zelenski qeyd edib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri İlyin isə Krım məsələsinin dinc yolla həllinin mümkün olmadığını deyib.

Millətçi Oleq Tyaqnibok isə Krımdakı separatçıların əllərini qanla yuduqlarını, onlara qarşı ən sərt cəza tədbirlərinin görülməsinin vacib olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər