“Rus dili Ukraynanın ikinci dövlət dili olmamalıdır, ola bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Dil məsələsi dövlət üçün çox vacibdir. İkinci dil rusca ola bilməz, çünki onu bilmək, öyrənmək lazım deyil. Əgər Ukrayna haqqında danışırıqsa, yalnız Ukrayna dili olmalıdır. Ukraynada ikinci bir dil olmalıdırmı? Əlbəttə ki, olmalıdır. Ancaq uşaq bağçasından başlayaraq öyrənilməli olan ingilis dili olmalıdır. Bütün Ukrayna vətəndaşları, əgər sivil dünyada olmaq istəyirsə, ingilis dilini bilməli, istifadə etməlidir. Bu bir şərtdir”, - Danilov qeyd edib.