7 İyul 2020 21:08
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Şentop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Teleqraf.com bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Parlamentdə təşkil olunan səsvermədə beş namizəd mübarizə aparıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Mustafa Şentop vahid namizəd olaraq irəli sürüb. O, 328 səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. M.Şentopun parlament üzvləri qarşısında təbrik çıxışı dinlənilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər