130 populyar şəxsə məxsus Tvitter hesabının ələ keçirilməsi və bu profillərdən dələduzluq məqsədilə istifadə olunmasını ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) araşdıracaq.
Teleqraf.com xatırladır ki, siyasətçilərin, biznesmenlərin, müğənnilərin Tvitter hesabını ələ keçirərək dələduzluq məqsədilə istifadə edilməsi faktı ətrafında müzakirələr davam edir.
FTB elan edib ki, bu olay əslində hesabların oğurlanmasıdır. ABŞ kəşfiyyatı insanlara ehtiyatlı və ayıq olmağa çağırıb.
Bu ara bəlli olub ki, ABŞ Senatının Ticarət komitəsi iyulun 23-nə qədər hadisə ilə bağlı Tvitter rəhbərliyini ifadə verməyə dəvət edib.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama, prezidentiyə namizəd Con Bayden, milyarder Bloomberq daxil olmaqla 130 məşhur şəxsin Tvitter hesabını hakerlər ələ keçirmişdi.