24 İyul 2020 12:10
19 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin minalardan təmizlənməsi proqramı ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Suren Sərkisyan məlumat verib.

“Erməni təşkilatları Konqresin Nümayəndələr Palatasında Qarabağın minalardan təmizlənməsi ilə bağlı bir proqramı təsdiqləməyi bacardılar. Qətnamə Senatda təsdiqləndikdən sonra sənəd prezident tərəfindən imzalanmalıdır. Düzdür, sənədi qəbul etmək üçün Senatın da çox işi var, amma iki erməni təşkilatı bu yöndə işləri davam etdirir”, - Sərkisyan qeyd edib.

Əlavə edək ki, ABŞ hökuməti ötən il Azərbaycanın işğal edilmiş ərazilərində sözügedən proqramın icrasını dayandırıb. Bu, ABŞ-dan dövlət səviyyəsində Dağlıq Qarabağdakı terrorçu rejimə birbaşa maliyyə yardımının edildiyi proqram idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər