25 İyul 2020 13:32
3 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın I vitse-prezidenti Mayk Pensin Ayasofya məscidi ilə bağlı açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, türk diplomat Ayasofyanın dinindən asılı olmayaraq bütün insanların üzünə açıq olacağını bildirib.

“Ayasofya bütün inanclılar üçün açıq qalacaq. Son 500 ildə olduğu kimi, bütün tarixi mozaykalar qorunacaq”, - Kılıç deyib.

Səfir Yunanıstan baş yepiskopu ilə görüşən Pensə maraqlı sual da ünvanlayıb: “Baş yepiskop Elpidifor eyni fikirləri Yunanıstandakı Osmanlı müsəlmanlarının mirası üçün deyə bilərmi?”

Pens isə məsələ ilə əlaqədar açıqlamasında bunları söyləyib: “Baş yepiskop Elpidifora dediyim kimi, ABŞ Ayasofyanın bütün inanclılar üçün əlçatan qalması məsələsində Yunanıstan Pravoslav Kilsəsinin yanında dayanır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər