ABŞ Pekinin tələbi əsasında Çinin Çendu şəhərindəki Baş Konsulluğunu boşaldır.
Teleqraf.com xəbər verir ki, iyulun 26-da səhər saatlarında bir neçə yük avtomobili və avtobus diplomatik nümayəndəliyi tərk edib. Diplomatik nümayəndəliyin ətrafında prosesi izləmək üçün minlərlə yerli sakin toplaşıb. Polis təhlükəsizliyin təminatı üçün kordon təşkil edilib.
Çin tərəfinin Baş Konsulluğun bağlanması üçün verdiyi 72 saatlıq müddət iyulun 27-də Pekin vaxtı ilə səhər saat 10-da bitir.
Qeyd edək ki, iyulun 24-də Vaşinqtonun tələbi əsasında Çinin ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandırıb.