28 İyul 2020 15:14
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda koronavirusa yoluxanlar arasında ölüm hallarının kəskin artığı müşahidə edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. O, bildirib ki, son 24 saat ərzində 2 min 667 nəfər virusa yoluxub, 235 nəfər isə həyatını itirib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 296 min 273 nəfər, ölənlərin sayı isə 16 min 147-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 257 min 19 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicə alan 3 min 902 nəfərin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibi qeyd edib ki, yenə də Tehran, Şərqi Azərbaycan, Əlborz, Xorasan, Fars, Gülüstan, Loristan, Simnan, Elam, Mazandaran və Kirman vilayətlərində vəziyyət ağırdır. Bu vilayətlər virusun yayılması və ölənlərin sayının artmasına görə qırmızı zonaya daxil ediliblər.

İranın bəzi kütləvi informasiya vasitələri isə qeyd edirlər ki, yoluxma və ölüm halları rəsmi məlumatda göstərildiyindən daha çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər