Rusiyanın Sankt-Peterburq şəhərində banka silahlı basqın edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti”yə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd olunub ki, naməlum şəxs silahla Vasilyevski adasının Bolşoy prospektində yerləşən maliyyə və kredit təşkilatının ofisinə daxil olub. O, bank işçilərini hədələyib, kassadakı pulları oğurlayaraq hadisə yerindən qaçıb.
Oğurlanan pulların miqdarı hələ açıqlanmayıb.
Qarət zamanı heç kim xəsarət almayıb. Hazırda cinayətkarın tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.