Yunanıstan Müdafiə Nazirliyi Türkiyənin "Assuva" Müdafiə Sənayesi şirkətindən 50 ədəd Pilotsuz Uçuş Aparatı (PUA) sifariş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Qeyd edilir ki, Yunanıstan Müdafiə Nazirliyi "Assuva" şirkətində 50 ədəd PUA sifarişi edib və bununla bağlı tərəflər razılaşma əldə edib.
Ayrıca şirkətin Yunanıstana göndəriyi 2 Proton Eliv RB-128 dronunun uğurla test sınaqlarından keçdiyi də bildirilib.
Şirkətin rəhbəri Rəmzi Başbuğ bildirib ki, bu razılaşma və tədarük həm NATO, həm də Avropa Brliyi ölkəsinə satdıqları ilk partiyadır.