31 İyul 2020 08:05
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton nüvə, raket və hərbi proqramlara qarşı çıxmaq çıxmaq məqsədilə Tehrana qarşı sanksiyaları genişləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

M.Pompeo deyib: "Bu gün Dövlət Departamenti nüvə, hərbi və ballistik proqramlar ilə əlaqədar istifadə olunan 22 növ material müəyyənləşdirib. Bu metalları bilərəkdən İrana verənlər artıq sanksiyaların təsiri altına düşürlər".

Dövlət katibi vurğulayıb ki, İranın nüvə, raket və hərbi proqramları beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər