Ötən gün Ukraynada separatçılar 35 dəfə atəşkəsi pozublar.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Antiterror Əməliyyatlarının mətbuat xidmətindən məlumat verilib. Yayılan xəbərlərə görə, hücumlardan sonra yaraqlılar Donetsk aeroportundan hava hücumları da həyata keçirmək istəyiblər: “Yaraqlılar Dobalsev və Sçatya bölgələrində cəmləşib. Onlar əsasən minaatanlardan və atıcı silahlardan istifadə edirlər”.
Məlumatlarda Ukrayna hərbiçilərinin bütün hücumları dəf etdiyi bildirilir.
Samir