31 İyul 2020 20:49
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyi ABŞ-la müzakirələrin davam etdirilməsinə müsbət yanaşmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampı müzakirələrdən şəxsi maraqları üçün istifadə etməkdə ittiham edib.

Xameneyinin iddiasına görə, rəsmi Vaşinqton Şimali Koreya ilə apardığı danışıqlardan da yalnız təbliğat vasitəsi kimi istifadə edib.

O bildirib ki, Amerikanın İrandan nüvə proqramını və regional fəaliyyətlərini dayandırmasını tələb etməsi də rəsmi Tehran üçün qəbulolunmazdır.

Xameneyi ölkə siyasətçilərinin Amerika ilə sanksiyaların ləğv olunması şərti ilə müzakirələrə hazır olduqları ilə bağlı səsləndirdikləri fikirləri yanlış adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər