31 İyul 2020 20:35
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan ifadə vermək üçün MTX-yə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bunu iyulun 31-də onun özü jurnalistlərə bildirib.

A.Vanesyan deyib ki, 2018-ci ildə xidmətin direktoru işləyən zaman bir nəfəri quruma işə bərpa edib.

Onun sözlərinə görə, bu işlə bağlı ondan izahat istəyiblər: “Ancaq heç bir izahat vermədim”.

Keçmiş direktor MTX-yə çağrılmasını siyasi təqib edilmə adlandırıb.

Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur.

Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu ilin martın 19-da bu vəzifəyə təyin olunmuşdu.

İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib.

Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.

Xatırladaq ki, A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər