1 Avqust 2020 19:07
5 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin qurumun Belarusda rusların tutulması ilə əlaqədar vəziyyət ətrafında inkişaf edən hadisələri izlədiyini bəyan edib.

Teleqraf.com-un məlumatına görə, o qeyd edib ki, Xarici Kəşfiyyat Xidməti digər ölkələrin siyasi elitaları tərəfindən insidentə dair necə qiymətləndirmə aparıldığını da diqqətdə saxlayır.

“Deməliyəm ki, Avropa ölkələrinin siyasi elitaları, hökumət dairələri bunu rejissorlaşdırılmış aksiya kimi kvalifikasiya edirlər. Bu da təəssüf doğurur”, – deyə o bildirib.

Narışkin insidentin bir müddət sonra istənilən halda həll olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, iki ölkə və xalq arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına xidmət edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər