Qazax Milli Universiteti nəzdində Beynəlxalq vaksinologiya mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.
Teleqraf.com xəbər verir ki, koronavirusa qarşı ilk peyvənd edilən şəxs vaksinologiya mərkəzinin direktoru Kaysar Tabınov olub. Ona Avstraliyada hazırlanmış və hazırda klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.
Qeyd edək ki ki, Qazaxıstanda koronavirus vaksininın hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.