“COVID-19 pandemiyası Rusiya səhiyyə sisteminin sınağına çevrilib”.
Teleqraf.com xəbər verir ki, bunu “Forbes” nəşrinə müsahibəsində rusiyalı professor Leonid Roşal deyib.
“Mövcud vəziyyəti təhlil edərkən, bunun bioloji müharibə hazırlığı olduğunu başa düşürəm”, - professor deyib.
Roşalın sözlərinə görə, virusun insanlar tərəfindən yaradıldığı iddiaları üçün kifayət qədər dəlil yoxdur. Roşal, bütün dövlətlərin koronavirus infeksiyasının yayılmasının nəticələrinə hazır olmadığını söylədi. Onun fikrincə, yaxşı qurulmuş və inkişaf etmiş bir səhiyyə sistemi olan ölkələrdən biri də Almaniyadır, burada COVID-19-dən ölüm nisbəti 1%-i keçmir.