4 Avqust 2020 09:00
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Manhettenin dairə prokuroru Sayrus Vens ABŞ prezidenti Donald Trampın maliyyə fəaliyyətinin kriminal araşdırmasını aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı bildirib.

Məlumata görə, “Trump Organization” artıq "sığorta və bank dələduzluğu" ittihamı üzrə istintaq altındadır.

Daha əvvəl böyük münsiflər heyəti bu təşkilatın maliyyə sənədlərini tələb edib. Ancaq vəkillər bildiriblər ki, bu iddia ABŞ liderinin siyasi motivli təqibi kimi rədd edilməlidir.

Bu halda Vens müdafiəçilərlə razılaşmayıb. O, məhkəmədən Trampın vəkillərinin tələbini rədd etməyə tələb edib. Prokuror "Trump Organization"da geniş və uzunmüddətli kriminal fəaliyyət haqqında ictimai xəbərlərə" istinad edib.


Müəllif: Mənbə/Report