5 Avqust 2020 15:50
2 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fövqəladə Hallar Nazirliyi Livana 5 təyyarədə yardım göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təyyarələrdə bir gün əvvəl güclü partlayışın baş verdiyi Beyruta mobil hospital, həkimlər və xilasedicilər, “Sentrospas” xilasedici dəstəsi, həmçinin, COVID-19-un aşkarlanması üçün laboratoriya ilə birgə “Rospotrebnadzor” mütəxəssislər çatdırılacaq.

Qeyd edək ki, dünən Beyrutda baş verən partlayış ən azı 100 nəfərin ölümünə səbəb olub.
Fransanın da Beyruta həkimlər və tibbi avadanlıqlar göndərdiyi bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər