8 Avqust 2020 20:25
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyrutda hökumət əleyhinə iğtişaş zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 130-a yaxın insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Livanın Qırmızı Xaç Cəmiyyətinin Tvitter səhifəsində məlumat yayılıb.

İyirmi səkkiz nəfərin xəstəxanalara aparıldığı bildirilir.

Hökumət əleyhinə mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb. Artıq etirazçılar Xarici İşlər Nazirliyinin binasına daxil olublar.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, hazırda binanın qarşısında polis əməkdaşları var və onlar etirazçılarla danışıqlar aparırlar.

Ütirazçılar Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına da daxil olmağa çalışırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər