Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya təhlükəsiz şəraitdədir. O, Litvadadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus öz Tvitter hesabında bildirib.
“Svetlana Tixhanovskaya təhlükəsiz yerdədir. O, Litvadadır”, – deyə nazir yazıb.
Qeyd edək ki, dünən axşamdan etibarən S.Tixanovskaya ilə əlaqə qurmaq mümkün olmamışdı. Az sonra isə onunla əlaqə saxlanılıb.