11 Oktyabr 2014 08:17
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tvitter sosial şəbəkəsinin rəhbərliyi İŞİD terrorçularından təhdid dolu mesajlar aldıqlarını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, terrorçuların səhifələrinin mütəmadi olaraq bağlanıldığını deyən rəhbərlik bir müddət öncə qorxulu mesajlar aldıqlarını etiraf edib:

“Onların səhifələri bağlanılır. Amma elekton poçtumuza təhdid dolu mesajlar göndərirlər”.

Dik Kostlo adlı şirkət sözçüsü terrorçuların yalnız Tvitter vasitəsi ilə yazışdıqlarını dilə gətirib:

“Onlar aktiv Tvitter istifadəçiləridir. Terrorizmi dəstəkləyən və hesabları bağlanılan İŞİD üzvləri mənə və Tvitter işçilərinə “Şirkətə hücum edib sizi öldürəcəyik”, - deyərək bizi təhdid edirlər”.

Xatırladaq ki, terrorçular amerikalı jurnalistlərin edam görüntülərini ilk dəfə Tvitterdə paylaşmışdılar.


Müəllif:

Oxşar xəbərlər