12 Avqust 2020 08:45
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ tez bir zamanda təxminən 600 milyon doza koronavirus peyvəndi istehsal etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp brifinqdə deyib.

Onun sözlərinə görə, hələki Moderna adlı şirkətlə 100 milyon doza vaksini istehsal etmək üçün bir razılaşma əldə olunub. Hökumət digər inkişaf etmiş şirkətlərlə də bu məsələdə əməkdaşlıq etdiyini söyləyib.

Ağ ev rəhbəri bildirib ki, 100 milyon doza vaksin istehsalından sonra tezliklə daha 500 milyon doza vaksinin istehsalı nəzərdə tutulur.


Müəllif: Mənbə/Report