20 Avqust 2020 00:39
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 039 nəfərə çatıb.

Ölkədə 1 303 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 253 108 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 002 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 233 915 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər