Rusiya və Suriya hökumətləri arasında Xmeymim hərbi hava bazasının genişləndirilməsi ilə bağlı anlaşma əldə olunub.
Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar tərəflər arasında protokol imzalanıb.
Anlaşmaya görə, Ləzgiyyədəki 8 hektarlıq quru, dənizdəki 8 hektarlıq su sahəsi müalicə və reabilitasiya mərkəzi kimi istifadə edilməsi üçün müvəqqəti olaraq, Rusiyanın istifadəsinə verilib.
Rusiyanın yeni anlaşma çərçivəsində bölgəyə əlavə hərbi texnika və canlı qüvvə göndərəcəyi istisna olunmayıb.
Rusiya və Bəşər Əsəd rejimi arasında 2015-ci ildə imzalanan saziş çərçivəsində rus qırıcıları və hərbi qüvvələri Xmeymim bazasında yerləşdirilib.