ABŞ prezidentinin dələduzluqda və mənimsəmədə günahlandırılan keçmiş köməkçisi Stiven Bennon Konnektikut ştatının sahillərində qayıqda həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “CNN” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, həbs Atlantik okeanının Konnektikut sahilləri yaxınlığında həyata keçirilib. Nyu-Yorkun Cənub dairəsi üzrə prokurorluğu S.Bennon və daha üç nəfərin ABŞ-Meksika sərhədində hasarın bir hissəsinin inşası üçün sərf olunacaq könüllü ianə vəsaitlərini mənimsəməsi və dələduzluq əməllərinə dair ittihamlarla ittiham olunması barədə qərarını ABŞ Ədliyyə Nazirliyinə bildirib.