21 Avqust 2020 21:23
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Sərhəd Mühafizə Qüvvələrinin komandanı, general Avad bin İyd Avdə əl-Bələvi də daxil olmaqla, 5 yüksək vəzifəli dövlət rəsmisi postlarından uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, dövlət rəsmilərinin və generalın korrupsiya ittihamı ilə istefaya göndərildikləri bildirilib.

İstefaya göndərilən şəxslər arasında Umluc və Əl-Vaç bölgələrinin valiləri və bu bölgələrdəki sərhəd qüvvələrinin komandanları (generallar) yer alıb.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi vəzifələrindən uzaqlaşdırılan şəxslər barədə cinayət işi açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər