21 Avqust 2020 22:13
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın nüfuzlu “Die Welt” nəşri İranın “Qüds” Briqadası vasitəsilə Hizbullah terror təşkilatına tonlarla ammonium nitrat göndərməsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda partlayıcı xüsusiyyətə malik maddənin 2013- 2014-cü illər ərzində göndərildiyi bildirilib.

Qeyd olunub ki, həmin dövrdə Livanın təhlükəsizlik orqanları qaçaqmalçılardan tonlarla ammonium nitrat aşkar edib, rəsmilər bunun məhv edilməsi üçün müvafiq orqanlara tapşırıq verib.

“Die Welt” kəşfiyyat qurumlarına istinadən qeyd edir ki, “Qüds” Briqadası 2013-cü ilin ortaları və sonlarında Hizbullaha 72 min dollar dəyərində 640 ton ammonium nitrat təhvil verib.

Əlavə edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda çox sayda insan təlafatı və böyük dağıntılara səbəb olan güclü partlayış baş verib. Hadisəyə səbəb 2016-cı ildə ələ keçirilmiş və məhv edilməsinə göstəriş verilməsinə rəğmən, limanda saxlanılmış 2750 ton çəkidə ammonium nitratın partlamasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər