22 Avqust 2020 13:11
3 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan-Rusiya münasibətlərində müsbət irəliləyiş yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

“Bildiyiniz kimi, ikitərəfli münasibətlərdə mövcud və əsasən işğal olunmuş ərazilərlə əlaqəli olan ən çətin problemlərin həllində maraqlıyıq. Gürcüstan ərazilərinin işğalından sonra diplomatik münasibətlər kəsildi və təəssüf ki, bununla bağlı irəliləyiş yoxdur. Vəziyyətin nə qədər çətin olduğunu, insan haqlarının necə pozulduğunu, ərazi bütövlüyümüzün, suverenliyimizin və beynəlxalq hüquq normalarının necə üstündən xətt çəkildiyini bilirsiniz. Beləliklə, cənab Lavrovun dediyi kimi, diplomatik əlaqələrin bərpası məsələsi bu vəziyyətdə müzakirə olunmayacaq, gündəmdə olmayacaq”, - Abaşidze vurğulayıb.

Bununla yanaşı, o əlavə edib ki, münasibətlərdə ciddi irəliləyiş əldə olunmalıdır: “Bu “irəliləyiş” Rusiyanın beynəlxalq öhdəliklərini, o cümlədən 2008-ci ildə götürülən öhdəlikləri yerinə yetirməsi üçündür”.

Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov diplomatik münasibətlərin olmamasına baxmayaraq, ölkəsinin hələ də Gürcüstanla qarşılıqlı, faydalı və dostluq münasibətlərini müdafiə etməyə davam etdiyini söyləyib:

“Son 12 ildə Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər mövcud deyil. Xatırladım ki, bu münasibətlərin qopması Mixail Saakaşvili hökumətinin Cənubi Osetiya macərasının nəticəsi idi. Eyni zamanda, Rusiya daim Gürcüstanla qarşılıqlı, faydalı və dost münasibətlərin tərəfdarıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər