23 Avqust 2020 16:11
3 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus əleyhinə peyvəndi ilk qeydiyyatdan keçirən Rusiya vaksinin istehsal mərhələsinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, 2020-ci ilin sonuna kimi Rusiyanın 1,5 milyondan 2 milyon dozaya qədər vaksin istehsal etmək imkanına malik olduğu açıqlanıb.

Rusiyanın Sənaye və Ticarət naziri Deniz Manturov bildirib ki, gələn həftə paytaxt Moskvadakı Qamaleya İnstitutunda "Sputnik-V" adlı peyvəndin geniş sınaqlarına başlanacaq.

Onun sözlərinə görə, peyvəndin istehsalı tədricən ayda 6 milyon dozaya qədər artacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər